Tanınmış Litva dirijoru Robertas Servenikas Bakıda konsertlə çıxış edib

Tanınmış Litva dirijoru Robertas Servenikas Bakıda konsertlə çıxış edib
# 23 fevral 2012 22:15 (UTC +04:00)
Bakı.Viktoriya Dementyeva-APA. Tanınmış Litva dirijoru Robertas Servenikas Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi konserti ilə çıxış edib.
APA-nın verdiyi xəbərə görə, konsert Litva səfirliyi tərəfindən bu ölkənin müstəqilliyi gününə həsr olunub. Litvanın Azərbaycandakı səfiri Kestudus Kudzmanas jurnalistlərə bildirib ki, litvalı musiqiçilərinin Bakıda konsertləri ənənə halını alıb. O deyib: “Belə tədbirlər vasitəsilə biz Litva mədəniyyəti və incəsənətini nümayiş etdiririk. Mədəniyyət xalqları biri birinə yaxın edən və tərcüməyə ehtiyacı olmayan universal dildir”.
Robertas Servenikas rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri Litva bəstəkarları Mikalüs Çerlenisin, Stasis Vaynünasın və digər bəstəkarlarının əsərlərini ifa edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR