«Bank of Baku» bayram günlərində işləyəcək

«Bank of Baku» bayram günlərində işləyəcək
# 19 mart 2013 14:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Novruz bayramı ilə əlaqədar martın 22, 23, 25 və 26-da «Bank of Baku» ASC-nin paytaxtdakı Baş İdarəsi, «Mərkəz», «Otoplaza», «Neftçilər», «Əhmədli» və «Babək» filialları işləyəcək. Həmin günlər bankın filialları saat 09:00-dan 17:00-dək müştərilərə xidmət göstərəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, martın 25-26-da bankın «Azneft» və «Nəsimi» filialları da müştərilərə bütün növ xidmət göstərəcək.

Öz növbəsində bankın regionlardakı filiallarından Sumqayıt, Şəki və Gəncə filialları martın 22, 23, 25 və 26-da saat 09:00-dan-13:00-dək bütün növ xidmətlər göstərəcək.

Bankın digər filiallarında martın 20-26-da qeyri-iş günləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR