Küveyt baş nazirinin müavini Azərbaycana gəlir

Küveyt baş nazirinin müavini Azərbaycana gəlir
# 11 fevral 2013 16:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Küveyt baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həmad əs-Sabah fevralın 13-də Azərbaycana səfər edəcək.

APA-nın Küveytin KUNA agentliyinə istinadən xəbərinə görə, səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyevə Küveyt əmirinin məktubunu təqdim edəcək.

Bundan başqa, Küveyt baş nazirinin müavini Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. Görüşlərdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Fevralın 14-də isə Bakıda Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının ikinci iclası keçiriləcək. Komissiyanın Küveyt tərəfdən həmsədri baş nazirin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həmad əs-Sabahdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR