Ədliyyə naziri Fikrət Məmmədov İranın Azərbaycandakı səfirini qəbul edib

Ədliyyə naziri Fikrət Məmmədov İranın Azərbaycandakı səfirini qəbul edib
# 01 fevral 2013 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinlə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F.Məmmədov Azərbaycanla İran arasında dərin tarixi kökləri olan dostluğu və səmərəli əməkdaşlığı qeyd edib. O bildirib ki, ölkələrimizin zəngin müqavilə bazasına söykənən müxtəlif sahələrdə, o cümlədən hüquqi əlaqələri var.

Möhsün Pak Ayin isə ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə dair Azərbaycanın təcrübəsinə maraq göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR