Bank Of Baku

Gürcüstanda zəlzələ olub, Azərbaycanın rayonlarında 3 bala qədər hiss edilib - YENİLƏNİB

Gürcüstanda zəlzələ olub, Azərbaycanın rayonlarında 3 bala qədər hiss edilib - YENİLƏNİB
# 07 aprel 2019 13:03 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONA-ya verilən məlumata görə, zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

Zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

saat 12.36

Bu gün Zaqatalada zəlzələ olub.

ONA-nın yerli bürosunun məlumatına görə, saat 12.29 radələrində 3 bal gücündə yeraltı təkan hiss edilib.

Dağıntı və tələfat yoxdur.

Vüqar Heydərov

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR