ARDNŞ 1 mlrd. dollar məbləğində avrobond yerləşdirib

ARDNŞ 1 mlrd. dollar məbləğində avrobond yerləşdirib
# 11 mart 2013 16:41 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) CEEMEA bazarına 10 il müddətinə 1 mlrd. dollar həcmində avrobond yerləşdirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, şirkətin investisya bazasını möhkəmlədəcək ikinci beynəlxalq əməliyyatıdır.

ARDNŞ-ın ilk avrobond buraxılışı 2012-ci ilin fevralında həyata keçirilib. O zaman 500 mln. dollar məbləğində avrobond yerləşdirilib. Bu il qiymətli kağızların buraxılışına fevralın sonunda mandat verilib, martın 4-5-də isə Londonda iki günlük təqdimat keçirilib. Ba1/BB+/BBB- səviyyəsində dəyərləndirilən yeni 10 illik istiqrazların ilkin qiyməti «Deutsche Bank»ın rəhbərliyi ilə 4,90% civarında müəyyənləşdirilib: «Bu ilkin səviyyə sonradan araşdırılaraq 4,80%-ə (+/-5bp) endirilib, son hədd 4,75% civarında T+292.2bp-ə ekvivalent olaraq müəyyənləşdirilib».

ARDNŞ-ın avrobondlarını almaq üçün sifarişlərin həcmi nəzərdə tutulandan üç dəfə çox olub. Belə ki, 245 investor tərəfindən 3 mlrd. dollar məbləğində sifariş verilib. Coğrafi baxımdan yanaşanda, avrobondların 41%-i Avropa, 32% Birləşmiş Krallıq, 25% ABŞ, 2% digər investorlar tərəfindən alınıb. Tipinə görə isə avrobondların 87%-i aktivlərin idarəediciləri, 5%-i banklar və riteyl investorları, 4%-i hec-fondlar, 3%-i sığorta və pensiya fondları, 1%-i digərləri tərəfindən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR