İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb
# 05 iyun 2016 16:13 (UTC +04:00)

Bakı-APA. Bu gün yerli vaxtla saat 12.22 (Bakı vaxtı ilə saat 11.22) radələrində İranın İsfahan əyalətində, Nain-Ardestan magistralından 70 km uzaqda PC7 markalı hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın “Fras” agentliyinə istinadən verdiyi məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Mənsur Hani hadisə yerinə dərhal xilasedicilər və həkimlər göndərildiyini bildirib.

Hər iki pilot ciddi xəsarət alıb, onlardan birinin onurğa sütunu zədələnib. Pilotlar helikopterlə İsfahan xəstəxanasına gətirib. İlkin məlumata görə, İsfahan yaxınlığındakı Şəhid Babai adına aviabazadan qalxan və təlim uçuşu keçirən təyyarənin qəzaya uğramasına səbəb mühərrikinin sıradan çıxması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR