Səfir Həsən Həsənovun təşəbbüsü ilə Polşada Azərbaycana aid kitablar nəşrə hazırlanıb

Səfir Həsən Həsənovun təşəbbüsü ilə Polşada Azərbaycana aid kitablar nəşrə hazırlanıb
# 25 sentyabr 2013 10:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə 2012-2013-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan Mədəniyyəti, İncəsənəti, Musiqisi, Arxitekturası, Tarixi, Eposları, Mətbəxinə və Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır.

Səfirlikdən APA-ya verilən məlumata görə, bununla əlaqədar, Azərbaycan Eposları seriyasından Koroğlu eposu Azərbaycan Respublikasının Polşadakı Səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Miçkieviç İnstitutunun birgə əməkdaşlığı nəticəsində İSBN kodu nəşr olunub, Ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilib.

Kitablar Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyi və bərpasının 20 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR