Sumqayıtda məktəbdə baş verən yanğın zamanı 3 şagird tüstüdən zəhərlənib

Sumqayıtda məktəbdə baş verən yanğın zamanı 3 şagird tüstüdən zəhərlənib
# 27 dekabr 2013 10:23 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 26-da Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən 11 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin elektrik paylayıcı qutusunda meydana gələn yanğın nəticəsində şagirdlər – Sumqayıt şəhər sakinləri, Afaq Məmmədli, Kənan İmanzadə və Elza Əhmədova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR