«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, ötən il «Azerspace-1» üç ay gec fəaliyyətə başlayıb: «Bu da orbitə çıxarılma ilə bağlı olub. Altı ay ərzində təxminən 10 mln. ABŞ dolları gəlir əldə edib. Bunun da 95%-i ixrac edilən resursların payına düşür».
Nazir deyib ki, peykin ABŞ «Eximbank»ına 17 mln. dollar borcu olub: «Azərbaycan Maliyyə Nazirliyinin 7 mln. dollar köməyi ilə və 10 mln. dollar öz qazancları hesabına ötən ilin borcları ödənilib: «Artıq bu ildən başlayaraq «Azerispace» kreditləri özü bağlaya biləcək».
Nazir: «Azerispace» bu ildən kreditləri özü ödəyəcək»
08 fevral 2014 08:35 (UTC +04:00)
Maliyyə
Zakir İbrahimov: Qızıl sikkələr "AzerGold" üçün əlavə gəlir mənbəyi formalaşdırıb
15:56
22 may 2024
Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə
15:55
22 may 2024
Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq
15:00
22 may 2024
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib
14:57
22 may 2024