Rusiyadan Azərbaycana aksiz markası olmadan gətirilən spirtli içkilər aşkarlanıb

Rusiyadan Azərbaycana aksiz markası olmadan gətirilən spirtli içkilər aşkarlanıb
# 10 iyul 2013 10:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Rusiyadan Azərbaycana aksiz markası olmadan gətirilən spirtli içkilər aşkarlanıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Qusar şəhərindən Quba rayonu istiqamətində hərəkət edən “VAZ-21124” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı maşının yük yerindən və salonundan Rusiyanın aksiz markası ilə markalanan 111 ədəd 0,5 litrlik “Medvejiy Uqol”, 11 ədəd 1 litrlik “Medvejiy Uqol”, 10 ədəd 0,75 litrlik “Stoliçnaya”, 25 ədəd 0,5 litrlik və 12 ədəd 0,7 litrlik “Kazenka” və Ukrayna Respublikasına məxsus aksiz markası ilə markalanan 41 ədəd 0,5 litrlik “Nemiroff” adlı araqlar aşkar olunub. Həmin araqların Azərbaycan vətəndaşı Namiq Nəzürmətova məxsus olduğu müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR