Böyük Britaniyanın Azərbaycandakı səfiri “APA-Holding”də olub - FOTOSESSİYA - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfiri “APA-Holding”də olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 14:46 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı ilə görüşüb.

V. Mahirqızı holdinqin yaranması, fəaliyyəti, habelə holdinqə daxil olan qurumlar barədə ətraflı məlumat verib. O, holdinqə daxil olan qurumların xarici ölkələrin Azərbaycandakı səfirlikləri, o cümlədən Britaniya səfirliyi ilə əməkdaşlığa hər zaman önəm verdiyini açıqlayıb. V. Mahirqızı Azərbaycan mətbuatı, on-line media, reklam bazarı və digər məsələlər barədə fikirlərini bölüşüb.

Öz növbəsində, səfir İ. Sıddık Britaniya səfirliyinin Azərbaycan mediası ilə münasibətlərə böyük önəm verdiyini bildirib, qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını bildirib.

Görüşdə səfirliklə media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunub, mövcud istiqamətdəki mümkün fəaliyyət imkanları nəzərdən keçirilib.

Sonra səfir holdinqin otaqlarını gəzib, redaksiyanın işi ilə yaxından tanış olub.

Görüşdə “APA-Holding” Direktorlar Şurasının sədri Nurşən Quliyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR