Prezident: “Növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq”

Prezident: “Növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq”
# 09 yanvar 2014 20:37 (UTC +04:00)

Bakı-APA. “Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanıb. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Dövlət başçısı bu münasibətlərin gələcəkdə inkişaf edəcəyini vurğulayıb: “2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə və üzv olmadığı bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istədiyini qeyd edib: “Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyil, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR