Azərbaycan Novorossiysk və Ceyhan limanlarından xam neftin ixracını azaldıb

Azərbaycan Novorossiysk və Ceyhan limanlarından xam neftin ixracını azaldıb
# 03 iyun 2014 13:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin may ayında Novorossiysk limanından 84 832 ton xam neft ixrac edib.

APA-Economics”in ARDNŞ-ə istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% azdır.

Ötən ay Supsa limanından 161 315 ton xam neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu ilin may ayında isə Ceyhan limanından 1 661 255 ton və ya ötən ilin analoji dövrünə nisbətdə 15,9% az xam neft ixrac edilib.

Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində ötən illə müqayisədə Novorossiysk limanından 35,4% az və ya 423 644 ton, Supsa limanından 7,8% çox və ya 1 210 535 ton, Ceyhan limanından isə 0,6% çox və ya 8 442 415 ton xam neft ixrac edilib.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR