İsraildə yeni yaradılan hərbi şəhərcik Ariel Şaronun adını daşıyacaq

İsraildə yeni yaradılan hərbi şəhərcik Ariel Şaronun adını daşıyacaq
# 13 yanvar 2014 09:55 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İsraildə Neqev səhrasında yeni yaradılan hərbi şəhərcik ötən həftə vəfat edən sabiq baş nazir Ariel Şaronun adını daşıyacaq. APA-nın “İsrael Online” saytına istinadən verdiyi məlumata görə, hökumət və Müdafiə Nazirliyin qəbul etdiyi qərara əsasən hazırda Tel Əviv yaxınlığında yerləşən Tsrifin inzibati-tədris kompleksində yerləşən hərbi bazalar və müəssisələr yeni salınan hərbi şəhərciyə köçürüləcək. Şəhərcikdə 30 minə yaxın hərbiçi xidmət edəcək.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Tel Əvivin Xiriya rayonunda inşa edilən Ekologiya və təbii ehtiyatların təkrar istifadəsi üzrə texnologiya parkı da Ariel Şaronun adını daşıyır.

Xatırladaq ki, 8 ildir ki komada olan A. Şaron yanvarın 11-də “Xaim Şeba” klinikasında keçinib. 2001-ci ildə İsrailin baş naziri seçilən A. Şaron əvvəllər hərbiçi olub və ərəb ölkələri ilə müharibələrdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR