Penitensiar Xidmətin Mühafizə alayında müşavirə keçirilib

Penitensiar Xidmətin Mühafizə alayında müşavirə keçirilib
# 14 fevral 2014 14:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Nizaməddin Cəlilovun sədrliyi ilə Penitensiar Xidmətin Mühafizə alayında müşavirə keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıqlar verilib. Növbəti xüsusi rütbələrə layiq görülmüş əməkdaşlara müvafiq poqonlar təqdim edilib.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məsul əməkdaşları müşavirədə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR