İranda avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

İranda avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
# 29 aprel 2014 11:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Fars vilayətində yol qəzası baş verib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə aprelin 29-da gecə, yerli vaxtla saat 01:23-də Mərvədəşt-Şiraz yolunda olub. Sərnişin avtobusunun traylerlə toqquşması nəticəsində bir nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR