Marneulidə yerli idarəetmə orqanlarına seçkilərdə hakim partiyanın irəli sürdüyü namizədlərlə görüş keçirilib - FOTO

Marneulidə yerli idarəetmə orqanlarına seçkilərdə hakim partiyanın irəli sürdüyü namizədlərlə görüş keçirilib  - <span style="color: red;">FOTO
# 17 may 2014 16:43 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Marneuli Mədəniyyet Evinin qarşısında yerli idarəetmə seçkilərində “Gürcü Arzusu” koalisiyasından namizədliyi irəli sürülən şəxslərlə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, seçkilərdə Marneulidən “Gürcü Arzusu”nun 18 namizədi qeydə alınıb.

Tədbiri açan Kvemo-Kartli bölgə qubernatoru Georgi Mqebrişvili baş nazirin müavini, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin bu görüşdə iştirak etmək istədiyini, lakin Kazbeqidə baş verən dağ uçqununa görə ora səfər etdiyini bildirib. Qubernator Kaxa Kaladzenin salamlarını Marneuli sakinlərinə çatdırıb. O, “Gürcü Arzusu”nun Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizəd göstərdiyi Merab Topçişvilini tədbir iştirakçılarına təqdim edərək, namizədinr ilyarımdır ki, bu vəzifədə çalışdığını və əhalinin problemləri ilə yaxından tanış olduğunu bildirib: “Biz seçkilərə ləyaqətlə hazırlaşmışıq. Tərəfimizdən bütün insanların hüququ müdafiə olunacaq. Merab Topçişvili azərbaycanlı, gürcü və digər xalqların problemləri ilə yaxından tanışdır. İnanıram ki, o, yenidən rayon rəhbəri seçilərsə, əhalinin problemlərini ləyaqətlə həll edəcək. Ümidvaram ki, sağlam düşüncə qələbə çalacaq”.

Görüşdə “Gürcü Arzusu”nun siyasi katibi Qiya Volskiy, Gürcüstan parlamentinin deputatları Qiqla Jvaniya, Əli Məmmədov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizəd Merab Topçişvili çıxış edərək, əhalini seçkilərdə “Gürcü Arzusu”na səs verməyə çağırıblar.

Qeyd edək ki, Marneulidə yerli idarəetmə orqanlarına seçkilərdə “Gürcü Arzusu” koalisiyasından irəli sürülən 18 nəfərdən 11-i azərbaycanlı, 3-ü gürcü, 4-ü isə ermənidir. Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi uğrunda sabiq başçı Merab Topçişvili, keçmiş hakim partiyanın “Vahid Milli Hərəkat”ın namizədi, Marneuli şəhər sakini Əhməd İmamquliyev, Nino Burcanadzenin “Demokratik Hərəkat - Vahid Gürcüstan” partiyasının namizədi Rəşid Məmmədov (Marneulinin Alqet kəndindəndir) mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR