Bakıda dənizdə batma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib
# 27 iyun 2014 15:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda bir nəfərin “Nardaran-1” sularda xilasetmə postundan təxminən 1200 m məsafədə batmaq təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR