Ombudsman Aparatının nümayəndələri 6 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər

Ombudsman Aparatının nümayəndələri 6 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər
# 19 mart 2014 11:18 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) uzunmüddətli başçəkmə həyata keçiriblər. MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, məscidə, kluba, yeməkxanaya, mətbəxə, hamama baxış keçirilib. Saxlanılma şəraitinin və qidanın normal olduğu müəyyən edilib, yatqxanaların, karantin yerinin, cərimə təcridxanasının istilik sisteminin, yeməkxananın, hamamın təmir olunduğu, əlavə telefon otaqlarının quraşdırıldığı müsbət qiymətləndirilib.

Ümumilikdə 40-dək məhkum, o cümlədən cərimə təcridxanasında, tibb-sanitar hissəsində olan məhkumlar konfidensial qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub. Məhkumlar saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından, qidalanmadan və göstərilən tibbi yardımdan narazılıq etməyiblər.

Müəssisə rəhbərliyinə bəzi məsələlərlə bağlı verilmiş müvafiq tövsiyələr yerində həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR