Prezident İlham Əliyev: “Təhsil radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə sahəsində əhəmiyyətlidir”

Prezident İlham Əliyev: “Təhsil radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə sahəsində əhəmiyyətlidir”
# 28 iyun 2014 11:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, hökumət Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində çalışır. O, Azərbaycanda təhsil sahəsində sərmayələrin artırılacağını vurğulayıb: “Təhsil radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə aparmaq sahəsində əhəmiyyətlidir”.

Prezident İlham Əliyev Azərbaycanda etnik, dini ayrı-seçkilik tətbiq olunmadığını nəzərə çatdırıb: “Biz bu gün dünyada təcrid edilmə, ayrı-seçkilik görürük. Azərbaycan bu sahədə nümunəvi ölkədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR