Moskvada miqrantların çalışdıqları obyektlərdə rus dili dərsləri keçiriləcək

Moskvada miqrantların çalışdıqları obyektlərdə rus dili dərsləri keçiriləcək
# 16 may 2014 08:07 (UTC +04:00)

Bakı-APA. Moskvada miqrantlar üçün rus dili və rus mədəniyyəti dərsləri keçiriləcək.

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya Federal Miqrasiya Xidmətinin Moskva idarəsinin nümayəndəsi Tatyana Dmitriyeva dərslərin miqrantların çalışdığı yerlərdə keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, hazırda müvafiq monitorinq aparılır. Dərslər sənaye və obyektlərində, habelə mənzil-kommunal təsərrüfatı müəssisələrində keçirilə bilər.

İşəgötürənin istəyindən asılı olaraq miqrantlar üçün həmçinin tarix və hüquq dərsləri təşkil oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR