Daxili İşlər Nazirliyi Ağstafada 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

Daxili İşlər Nazirliyi Ağstafada 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb
# 31 yanvar 2014 10:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Füzuli rayon sakini Elnur Əliyev idarə etdiyi BMW markalı avtomobili yanvarın 30-da saat 22 radələrində Ağstafa rayonu Qarahəsənli kəndinin ərazisində körpüdən aşırıb.

Sürücü və sərnişinləri - Ağsu rayon sakini Nail İsayev, Düz Qışlaq kənd sakinləri Alı Mehrəliyev və Alqayıt Abbasov hadisə yerində ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR