Rüfət Məmmədov: «Azərbaycan və ABŞ arasında geniş iqtisadi əlaqələr mövcuddur»

Rüfət Məmmədov: «Azərbaycan və ABŞ arasında geniş iqtisadi əlaqələr mövcuddur»
# 25 noyabr 2013 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanla ABŞ arasında geniş iqtisadi əlaqələr mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib.


Onun sözlərinə görə, müxtəlif sahələri təmsil edən bir sıra ABŞ şirkətlərinin nümayəndələri hazırda Azərbaycanda səfərdədir: «Biz bu səfər çərçivəsində ABŞ və Azərbaycanın biznes dairələri ilə birgə biznes forum keçiririk».


R.Məmmədov bildirib ki, bu gün Azərbaycanda 220 amerikalı investisiya şirkəti fəaliyyət göstərir: «Onlar Azərbaycan iqtisadiyyatında kifayət qədər aktiv fəaliyyət göstərir. Bu günə qədər ABŞ Azərbaycanın qeyri-neft sektoruna 880 mln. ABŞ dolları investisiya yatırıb».


Azpromo rəhbəri deyib ki, bu gün Bakıda keçirilən biznes forum iki ölkə arasında investisiya əməkdaşlığını genişləndirmək məqsədi ilə təşkil olunub: «Forumda hər iki tərəfdən 70-dən çox sahibkar iştirak edir. Biznes forumda müxtəlif sahələri əhatə edən mövzular müzakirə olunacaq. Bu, energetika, kimya, məişət avadanlıqlarının istehsalı, xidmətlər və səhiyyə sahələridir».

Bundan başqa, ABŞ şirkətləri ilə birgə müxtəlif layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR