İranda tanınmış azərbaycanlı fəal azadlıqdan məhrum edilib - FOTO

İranda tanınmış azərbaycanlı fəal azadlıqdan məhrum edilib - <span style="color: red;">FOTO
# 24 fevral 2014 10:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal bir il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi mühəndis Hüseyn Əlizadəni hakimiyyətin əleyhinə təbliğat aparmaqda və casusluqda günahlandırıb. Azərbaycanlı fəalın məhkəmə prosesi qapalı keçirilib.

Qeyd edək ki, H.Əlizadə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2013-cü il dekabrın 24-də iş yerində həbs edilib. Azərbaycanlı fəalın 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə tutulduğu ehtimal olunur. Bu müddət ərzində H.Əlizadəyə ailəsi ilə görüş verilməyib və onlara yalnız bir neçə saniyəlik telefonda danışmağa imkan yaradılıb. Azərbaycanlı fəalın ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında dindirilərkən psixi və fiziki təzyiqlərə məruz qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR