Almaniya şirkəti Ukraynaya qaz nəql etməyə hazır olduğunu bildirib

Almaniya şirkəti Ukraynaya qaz nəql etməyə hazır olduğunu bildirib
# 04 aprel 2014 20:22 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, şirkət “Naftoqaz Ukrayna” milli səhmdar şirkəti ilə razılığa gəldiyi halda Ukraynanı qazla təchiz edəcək.

Bundan əvvəl Ukrayna hökumətinin başçısı Arseni Yatsenyuk ölkə rəhbərliyinin Avropadakı tərəfdaşlar ilə müvafiq məsləhətləşmələrin aparıldığını bildirərək, Avropadan 25 milyard kub metr təbii qaz almaq niyyətində olduğunu bəyan etmişdi.

Şaxalənmiş qaz tədarükünə üstünlük verəcəklərini deyən hökumət başçısı bu məsələni martda Avrokomissiyanın nümayəndə heyəti ilə müzakirə etdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR