Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın olub

Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın olub
# 24 iyun 2014 19:39 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsinin həyətində, yanacaq çənlərində baş verib. Nəticədə, 2 ədəd 30 tonluq çənin üst hissəsində yanacağın buxarı və nasos yanıb. Yanacaqdoldurma məntəqəsi və çənlər yanğından mühafizə olunub. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR