Suriya Milli Koalisiyası “Cenevrə-2”yə nümayəndə heyəti göndərir

Suriya Milli Koalisiyası “Cenevrə-2”yə nümayəndə heyəti göndərir
# 19 yanvar 2014 02:46 (UTC +04:00)

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ərəb KİV-ləri məlumat yayıb.

Məlumata görə, müvafiq açıqlamanı İstanbulda xaricdəki suriyalı müxalifətçilərin müşavirəsini keçirən SMİQMK rəhbərinin müavini Fayez Sarra verib.

“SMİQMK konfransda iştirak edəcək və bu barədə yaxın 2-3 gün ərzində elan olunacaq”, deyə Sarra bildirib.

Onun sözlərinə görə, “Milli Koalisiya danışıqlarda Suriya xalqının və inqilabının əsil maraqlarından çıxış edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR