Qubada maşın divara çırpılıb, 3 nəfər ağır xəsarət alıb

Qubada maşın divara çırpılıb, 3 nəfər ağır xəsarət alıb
# 15 may 2013 13:00 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün günorta saatlarında Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qəşrəş yolunda qeydə alınıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan Quba rayon sakinləri 1982-ci il təvəllüdlü Nağıyev Sərxan Şirin oğlu, Xudayarova Xoşqədəm İbrahim qızı cərrahiyyə, Firuz adlı şəxs isə reanimasiya şöbəsində yerləşdirilib. Sonuncu şəxsin vəziyyətinin daha ağır olduğu bildirilir.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR