Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili müzakirə olunub - FOTO

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili müzakirə olunub - <span style="color: red;">FOTO
# 12 fevral 2014 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövzusunda toplantı keçirilib. APA-nın xəbərinə görə, çıxış edən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib ki, təhsil strategiyasına əsasən ali məktəblərə ödənişli təhsilin qəbul planının ləğv edilməsi nəzərdə tutulub və bu da əmək bazarında çox ehtiyac olan turizm və xidmət sahəsində kadr hazırlığına kömək edə bilər. O deyib ki, turizm təhsilində ciddi addımlar atılmalı, kütləvi kadr hazırlığı prosesi başlanmalıdır: “Bu zaman keyfiyyəti də heç bir zaman ikinci plana keçirmək olmaz”.

C. Cəfərov ilk növbədə ATİ-yə tələbə şəhərciyinin tikilməsini, ən azı 5 regionda Bakı Turizm Peşə Məktəbinin (BTPM) filialının, həmçinin onlardan ikisində (Masallıda və Xaçmazda) ATİ-nin filialının yaradılmasını təklif edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qaryev və təhsil naziri Mikayıl Cabbarovun da iştirak etdiyi iclasda əməkdaşlığın daha səmərəli təşkilinə həsr olunmuş müzakirələr aparılıb və əməkdaşlığın konkret istiqamətlərinin müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR