Gəncə, Zərdab, Qazax və Daşkəsənin qaz təchizatında məhdudiyyətlər olacaq

Gəncə, Zərdab, Qazax və Daşkəsənin qaz təchizatında məhdudiyyətlər olacaq
# 30 may 2013 10:24 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Gəncə şəhəri, Zərdab, Qazax və Daşkəsən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-in «Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, mayın 30-da saat 09:00-dan 20:00-dək «Gəncə» Qazpaylayıcı Stansiyasından qidalanan «Avtozavod» orta təzyiqli qaz kəmərində, 10:00-dan 18:00-dək «Daşkəsən», «Əskipara-I», «Əskipara-II», «Semzavod» Avtomatik Qazpaylayıcı Stansiyalarından, saat 11:00-dan 18:00-dək isə «Zərdab» Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Zərdab, Daşkəsən rayonlarının bütün yaşayış məntəqələrinə, Gəncə şəhərinin və Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR