Nazir: “Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Dağlıq Qarabağ məsələsində konkret addımların atılmasından asılıdır”

Nazir: “Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Dağlıq Qarabağ məsələsində konkret addımların atılmasından asılıdır”
# 06 may 2013 16:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıcı bildirib.

Nazir xatırladıb ki, Türkiyə Ermənistanın müstəqilliyini ilki tanıyan ölkələrdən olub.

“Türkiyə Cənubi Qafqazda əməkdaşlığı zəruri hesab edir və 2009-cu ilin 10 oktyabrında Sürixdə Ermənistanla diplomatik münasibətlərin nizamlanmasına dair protokol imzalayıb.

Bizim ölkə bununla, erməni-türk münasibətlərinin nizamlanmasının Cənubi Qafqazda davamlı olacağına inamını saxlayır. Bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konkret addımlar atılacağı təqdirdə daha da etibarlı və davamlı olacaq. Türkiyə bu məsələdə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir”, - deyə H. Yazıcı bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR