Müsavat Partiyasının Məclisi partiyanın qurultayını sentyabrın 27-nə təyin edib

Müsavat Partiyasının Məclisi partiyanın qurultayını sentyabrın 27-nə təyin edib
# 28 iyun 2014 13:24 (UTC +04:00)

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, məclisdə müzakirə olunan əsas məsələlərdən biri də partiyanın qurultayının keçirilməsi ilə bağlı olub. Aparılan geniş müzakirələrdən sonra Müsavat Partiyasının Məclisi partiyanın 8-ci qurultayının sentyabrın 27-də keçirilməsi barədə qərar qəbul edib.

G. Aslanlı qeyd edib ki, qurultayın keçirilməsi ilə bağlı şadlıq sarayları ilə danışıqlar aparılır: “Qurultayın harada keçiriləcəyi hələlik müəyyənləşməyib. Tərəfimizdən bu istiqamətdə işlər davam etdirilir. Partiyanın qurultayı birmənalı olaraq sentyabrın 27-də keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR