YAP bələdiyyə seçkilərinə hazırlığa start verib

YAP bələdiyyə seçkilərinə hazırlığa start verib
# 17 mart 2014 12:19 (UTC +04:00)

Partiyadan APA-ya verilən məlumata görə, iclasda 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsi məsələsi müzakirə olunub.

YAP sədrinin müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib.

İdarə Heyətinin üzvləri məsələ ilə bağlı çıxış edərək fikirlərini bildirib və geniş müzakirə aparılaraq müvafiq qərar qəbul olunub. YAP Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə hazırlıq barədə partiya İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat verib.

O, çıxışında YAP Qadınlar Şurasının ötən dövr ərzindəki fəaliyyəti barədə məlumat verib və bildirib ki, konfransa hazırlıq işləri müəyyən olunmuş qaydada gedir və nəzərdə tutulmuş vaxtda keçiriləcək.

Bu məsələ barədə YAP İdarə Heyəti qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR