Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən 4 gündə respublikanın avtomobil yollarında 67 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər dünyasını dəyişib, 91 nəfər isə yaralanıb.
Qəzaların böyük əksəriyyəti sərxoş sürücülər tərəfindən törədilib.