Masallıda dülgər sexində yanğın olub

Masallıda dülgər sexində yanğın olub
# 07 fevral 2014 01:30 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan dülgər sexində baş verib. Nəticədə, sexin qurutma otağının tavanı və çardağı 10 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR