"Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunan sənətçilərlə görüş keçirilib - VİDEO - FOTOSESSİYA

"Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunan sənətçilərlə görüş keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 20 sentyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunan sənətçilərlə görüş keçirilib.

APA-nın xəbərinə görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı Mədəniyyət və Turizm Nazirliyinin daxilində təsis olunan fəxri mükafatdır. Nazir müavini Azərbaycan teatr tarixində nəzər salaraq qeyd edib ki, son illərdə dövlət səviyyəsində teatr haqqında qanunlar qəbul edilib, islahatlar aparılıb: "Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrları əsaslı təmir olundu. Bu gün Azərbaycan teatrları ən müasir texniki vasitələrlə təmin edilib. Sumqayıt, Mingəçevir şəhərlərində teatrlar ən müasir tələblərə cavab verən səviyyədə istifadəyə verildi. Nazirliyin daxili imkanları əsasında "Yuğ" və "Pontomim" teatrları təmir edildi. Bu gün Azərbaycan rejissorları Azərbaycandan kənarda tamaşa hazırlayır, dünya rejissorları səhnə əsərləri hazırlamaq üçün Azərbaycana gəlirlər".

Nazir müavini əlavə edib ki, Azərbaycan teatrları son 10 il ərzində dünyanın 50 ölkəsində 178 qastrol səfərlərində olub: "Son illərdə uğurlu islahatlar həyata keçirildi. Azərbaycan dövləti tərəfindən teatra diqqət və qayğı həmişə olub, bu gün də davam edir".

Daha sonra Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə əlaqədar 67 nəfər mədəniyyət xadiminə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR