Mingəçevirdə 27 yaşlı oğlan evində qətlə yetirilib

Mingəçevirdə 27 yaşlı oğlan evində qətlə yetirilib
# 03 iyun 2014 09:07 (UTC +04:00)

Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə ötən gecə şəhərin Təbriz küçəsi 50/2 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunun evində meyiti tapılıb.

Qonşular hadisə barədə şəhər polis şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib.

Tural Quliyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR