Çili sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Çili sahillərində 6,4 bal gücündə zəlzələ baş verib
# 03 aprel 2014 04:56 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Çilinin liman şəhəri olan İkike şəhərindən 47 km qərbdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə operativ məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bu, həftə ərzində Çilidə baş verən ikinci güclü zəlzələdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR