Ötən ay peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 900-dən çox müqaviləsi bağlanıb

Ötən ay peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 900-dən çox  müqaviləsi bağlanıb
# 19 may 2014 10:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 914 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bu müqavilələr üzrə daxil olan sığorta haqları 571 547,17 manat təşkil edib.

Həmçinin müvafiq ayda əvvəlki dövrlərdə bağlanmış 226 müqaviləyə dəyişiklik edilib ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 901 836 45 manat təşkil edib. Ümumilikdə aprel ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə daxil olan sığorta haqları 1,5 mln. manata yaxın olub.

Qeyd edək ki, icbari sığortanın bu növü üzrə "Paşa Həyat Sığorta" ASC, "Qala Həyat" ASC və "Atəşgah Həyat" ASC sığorta şirkətləri fəaliyyət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR