Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarının ixracını artırıb

Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarının ixracını artırıb
# 31 oktyabr 2013 11:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunan bəzi kənd təsərrüfatı məhsullarının dəyər ifadəsində həcmi artıb.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 9 ayında Azərbaycandan 125,329 mln. ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,6% azdır.

Bu müddət ərzində ölkədən aparılan bitki və heyvan mənşəli piylər və yağların dəyəri artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 168,653 mln. dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% çoxdur.

Bu ilin ötən müddətində Azərbaycandan ixrac olunan çay, şəkər və pambıq ipliyin dəyəri də artıb. Belə ki, hesabat dövründə təkcə çay ixracı 30,859 mln. dollar təşkil edib və bu, ötən ilə nisbətən 10,9% çoxdur.

Həmçinin, təhlil olunan dövrdə xaricə 186,888 mln. dollarlıq şəkər ixrac olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 30,6% çoxdur.

Pambıq ipliyə gəldikdə isə, bu məhsulun ixracı təxminən 2,1 dəfə artaraq 18,791 mln. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR