Kür çayında bir nəfər batmaq təhlükəsi ilə üzləşib

Kür çayında bir nəfər batmaq təhlükəsi ilə üzləşib
# 18 may 2013 17:42 (UTC +04:00)

Bakı-APA. , Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində bir nəfər batmaq təhlükəsi ilə üzləşib. APA-nın FHN-nə istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində, bir nəfər (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşib.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, suda batmaq təhlükəsi ilə üzləşmiş həmin şəxs dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR