İran Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının azadlığa buraxılması ilə bağlı rəsmi açıqlama verib

İran Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının azadlığa buraxılması ilə bağlı rəsmi açıqlama verib
# 21 may 2013 08:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Azərbaycanla İran arasında yaxşı əlaqələr var”. APA-nın “İRİB”ə istinadən verdiyi məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçı həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşı çıxan qüvvələr var: “Aramızda anlaşılmazlıqlar olub. Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələri iki Azərbaycan vətəndaşlarını saxlayıblar. Biz Azərbaycan hökumətinə onların ittihamı ilə bağlı məlumat verdik. Dindirilmədən sonra biz, xoşməramlı niyyətimizi nümayiş etdirərək onları azadlığa buraxdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR