Azərbaycanın qeyri-neft sənaye sektorunda bu il istehsal 3% artıb

Azərbaycanın qeyri-neft sənaye sektorunda bu il istehsal 3% artıb
# 14 oktyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahələrində 25,3 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,9%-lik, neft sektorunda isə 0,4%-lik artım müşahidə olunub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsalın ¾ hissəsi mədənçıxarma, 20%-i emal, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Hesabat dövründə ay ərzində 32,5 mln. ton neft, 13,1 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR