Həyat yoldaşını qəbiristanlıqda qətlə yetirən keçmiş polis əməkdaşının apellyasiya məhkəməsi başlayıb

Həyat yoldaşını qəbiristanlıqda qətlə yetirən keçmiş polis əməkdaşının apellyasiya məhkəməsi başlayıb
# 08 aprel 2014 08:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qəbiristanlıqda qətlə yetirən keçmiş polis əməkdaşı Rövşən Mehdiyevin apellyasiya şikayət əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, Rövşən Mehdiyev Suraxanı rayonun Günəşli qəsəbəsindəki qəbiristanlıqda həyat yoldaşı Cəmilə Mehdiyevaya ov tüfəngindən atəş açaraq onu öldürüb. Hadisədən sonra Rövşən Mehdiyev “102” xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib. Dərhal hadisə yerinə Suraxanı polisi gəlib. Rövşən könüllü polisə təslim olduqdan sonra o, cinayətdə istifadə etdiyi silahı da təhvil verib.

Rövşən Mehdiyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini deyib. Araşdırmalar zamanı R. Mehdiyevin keçmiş polis əməkdaşı olduğu məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Mehdiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR