İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 16 may 2014 07:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 2 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, İranın Qərbi Azərbaycan vilayətində qəsdən adam öldürməkdə və təcavüzdə günahlandırılaraq bir nəfər dara çəkilib.

Salmas şəhərinin sakini olan 37 yaşlı Məcid Cəliliyan martın 13-də səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında edam edilib. Həmin gün Vəhid Pejvəhidə, Qadir Anbari və Aslan Əmuyi Milan da dara çəkilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Bundan əlavə, İranın Simnan vilayətində də bir məhbus qətldə ittiham edilərək dara çəkilib. Onun ad və soyadının yalnız baş hərfləri qeyd olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən mayın 15-də Simnan şəhərinin mərkəzi həbsxanasında sonra icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR