Azərbaycan yığmasının Soçidəki rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının Soçidəki rəqibləri müəyyənləşib
# 05 fevral 2014 07:53 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Soçi şəhərində keçirilən ənənəvi “Kuban baharı” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gənc qızlardan ibarət yığmalar arasında təşkil edilən yarışda 12 komanda mübarizə aparacaq. Püşk iştirakçıları hərəsində 4 komanda olmaqla, 3 qrupa bölüb.

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi martın 19-31-də keçiriləcək turnirə B qrupunda başlayacaq. Komandamız ayın 20-də İsrail, 22-də Rusiya, 24-də Rumıniya ilə qarşılaşacaq. Yarışın reqlamentinə əsasən, hər qrupda ilk 2 yeri tutanlar və 3-cü yer sahiblərindən ən yaxşı göstəriciyə malik 2 yığma 1/4 finala yüksəlir. Digər 4 milli isə dairəvi sistemlə 9-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 2013-cü ildə də “Kuban baharı”na qatılan yığmamız Rusiyadakı turniri 9-cu pillədə bitirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR