ABŞ-ın xüsusi xidmət orqanı 35 ölkə liderinin telefon danışığını dinləyib

ABŞ-ın xüsusi xidmət orqanı 35 ölkə liderinin telefon danışığını dinləyib
# 25 oktyabr 2013 03:13 (UTC +04:00)

Bakı-APA. ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) 35 ölkə liderinin telefon danışığını dinləyib. APA-nın verdiyi xəbərə görə, bu barədə The Guardian qəzetində dərc edilmiş məqalədə bildirilib.

Qəzetin məlumatına görə, MTA 35 ölkə liderinin telefonu daxil olmaqla, 200-dən çox nömrəni izləyib.

Məlumata görə, telefon danışıqlarının izlənməsinin təşəbbüskarları Ağ Ev, Dövlət Departamenti və Pentaqonun adları çəkilməyən nümayəndələri olub.

Qeyd edək ki, bu məlumatı The Guardian qəzetinə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Edvard Snouden təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR