Bundestaqın üzvü: “Azərbaycanda da seçki prosedurları Almaniyada olduğu kimidir” - FOTO

Bundestaqın üzvü: “Azərbaycanda da seçki prosedurları Almaniyada olduğu kimidir” - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 14:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Əvvəllər iki dəfə Bakıda olmuşam. Bu gün bir neçə məntəqədə olmuşam. Xüsusi bir mənfi hal aşkarlanmayıb”. APA-nın xəbərinə görə, bunu Almaniya Bundestaqının üzvü Egon Juettner bildirib.

O, seçkilər normal məcrada bitəcəyinə ümid etdiyini deyib: “Bu barədə axşam nəticələr çıxanda daha yaxşı biləcəyik. Burada da Almaniyadakı kimi insanlar seçkidə fəal iştirak edirlər. Hətta məntəqələrin birində saat 8:00-dan əvvəl belə insanlar gəlmişdi, sadəcə, seçki prosesi başlamadığından onları içəri buraxmırdılar. Bu mənzərəni görmək çox maraqlıdır. Bu yaxşıya işarədir. Burada da seçki prosedurları Almaniyada olduğu kimidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR