“Real”ın oyunçusunun evində partlayış olub

“Real”ın oyunçusunun evində partlayış olub
# 26 mart 2014 09:06 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 finalında “Şalke”yə qarşı cavab oyununda zədələnərək mövsümün sonuna kimi sıradan çıxan futbolçunun evində partlayış olub.

Partlayış futbolçunun evinin qarajında baş verib. Qarajda işləyən 3 işçidən ikisi zəhərlənərək xəstəxanaya aparılıb. Daha bir işçinin bədəninin 15 faizi yanıb. Hadisə zamanı Xosenin evdə olmaması onun həyatını xilas edib.

Xose Rodriqes bu mövsüm “Real”ın heyətində keçirdiyi 31 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR